Müdafiə Nazirliyi: "Sərhəd zastavasının atəşə tutulması yalandır"

  Müdafiə Nazirliyi:  "Sərhəd zastavasının atəşə tutulması yalandır"
  29 Oktyabr 2020    Oxunub:2873
Ermənistan mətbuatının Azərbaycan Ordusunun guya Ermənistan ərazisində İranla həmsərhəd bölgələrdə yerləşən Rusiya sərhəd zastavasını minaatanlardan atəşə tutması ilə bağlı yaydığı məlumat tamamilə dezinformasiyadır və təxribat xarakteri daşıyır.
Bu barədə Azvision.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Əksinə, həmin istiqamətdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisi atəşə tutulub. Bir daha bildiririk ki, bizim Ermənistan ərazisində heç bir hərbi məqsədlərimiz yoxdur", - deyə məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: Düşmən   Yalan   Məlumat  





Xəbər lenti