Rusiyalı həmsədr Cenevrəyə getdi

Rusiyalı həmsədr Cenevrəyə getdi
  29 Oktyabr 2020    Oxunub:1560
ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popov Qarabağ nizamlanması üzrə danışıqlarda iştirak etmək üçün Cenevrəyə gedib.
Azvision.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bundan əvvəl həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan ilə oktyabrın 29-da Cenevrədə görüşəcəyi bildirilmişdi.

Məlumata görə, iclas oktyabrın 30-na təxirə salınıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Həmsədr  





Xəbər lenti