Xarici diplomatlar və jurnalistlər Tərtərdə - FOTOLAR (YENİLƏNİB)

 Xarici diplomatlar və jurnalistlər Tərtərdə -  FOTOLAR (YENİLƏNİB)
  29 Oktyabr 2020    Oxunub:3404
Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri oktyabrın 29-da Bərdəyə gəliblər.
Diplomatları və hərbi attaşeləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, Baş prokuror Kamran Əliyev və başqaları müşayiət edirlər.

Səfərin məqsədi diplomatları və hərbi attaşeləri oktyabrın 27 və 28-də cəbhə zonasından kənarda yerləşən, 100 min əhalisi olan Bərdədə Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış etməkdir.





***
İndi diplomatik korpus və beynəlxalq media nümayəndələri ilə Tərtərə gedirik.

Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” səhifəsində yazıb.

“Hərbçilərin dediyi kimi, erməni tərəfi Tərtərin kənarlarına hücum edir. Ancaq diplomatik korpus nümayəndələri könüllü olaraq Tərtərə getməyə qərar verdi. Azərbaycanın Stalinqradı... Həmrəylik üçün təşəkkürlər”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Tərtər  





Xəbər lenti