“Düşmən döyüş meydanından şərəfsizcəsinə qaçır” - Hikmət Hacıyev

   “Düşmən döyüş meydanından şərəfsizcəsinə qaçır” -    Hikmət Hacıyev
  29 Oktyabr 2020    Oxunub:3260
Bərdədən sonra Tərtərə gedirik, atırlarsa atsınlar.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bərdədə jurnalistlərə açıqlamasında deyib.

Hikmət Hacıyev bildirib ki, Azərbaycan düşmənə döyüş meydanında cavab verir: “Ermənistanla Azərbaycan arasındakı fərq də bundan ibarətdir. Torpaqlarımız işğaldan azad ediləcək. Düşmən döyüş meydanından şərəfsizcəsinə qaçır. Əgər kişidirlərsə, döyüş meydanında üzə çıxsınlar”.

Azvision.az


Teqlər: HikmətHacıyev  





Xəbər lenti