Ermənistan diplomatik korpusun olduğu Bərdəni atəşə tutdu

 Ermənistan diplomatik korpusun olduğu Bərdəni atəşə tutdu
  29 Oktyabr 2020    Oxunub:3457
Bərdə və Goranboy rayonlarının əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.
Bu barədə Azvision.az -a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, oktyabrın 29-da Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyovun və Baş prokuror Kamran Əliyevin müşayiəti ilə Bərdə rayonundadırlar.

Azvision.az



Teqlər: Bərdə   Düşmən  





Xəbər lenti