“90 dinc sakin erməni terrorunun qurbanı olub” - Baş prokuror

 “90 dinc sakin erməni terrorunun qurbanı olub” -    Baş prokuror
  29 Oktyabr 2020    Oxunub:1677
Sentyabrın 27-dən bu günə kimi 90 dinc sakin erməni terrorunun qurbanı olub.
Azvision.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Bərdədə jurnalistlərə açıqlamasında deyib.

“Ermənistanın bu cür əməllərinə qarşı cavab veriləcək və onlar gec-tez məsuliyyətə cəlb ediləcəklər. Azərbaycanda törədilən bu teror aktı onun döyüşdə olan uğurları ilə bağlıdır. Tam əminliklə deyə bilərəm ki, Azərbaycan hər dəfəsində döyüşlərdə uğurlar əldə etdikdə, Ermənistan hakimiyyəti bizim dinc insanlara qarşı terror törətməyi əmr edir”, - deyə Baş prokuror bildirib.

Qeyd edək ki, Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin əməkdaşları oktyabrın 29-da Bərdəyə səfər ediblər.

Azvision.az


Teqlər: Baş-Prokuror  





Xəbər lenti