“Könüllünün öldürülməsindən dəhşətə gəldim” - Fransesko Rokka

 “Könüllünün öldürülməsindən dəhşətə gəldim” -  Fransesko Rokka
  29 Oktyabr 2020    Oxunub:1960
Azərbaycanın Bərdə şəhərində mülki şəxslərə yardım çatdırarkən Qızıl Ayparanın könüllüsünün öldürülməsindən şoka düşdüm və dəhşətə gəldim.
Azvision.az xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının prezidenti Fransesko Rokka "Twitter" səhifəsində yazıb.

“Humanitar yardım çatdıranlar hədəf deyillər. Düşüncələrim onun ailəsinin yanındadır və yaxınlarına başsağlığı verirəm”.

Xatırladaq ki, dünən Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə endirdiyi raket zərbələri nəticəsində 21 nəfər həlak olub, 70-dək yaralı var.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: FranseskoRokka  





Xəbər lenti