“Paşinyanın hakimiyyətdə qalmağa mənəvi haqqı yoxdur” - Baş Prokuror

 “Paşinyanın hakimiyyətdə qalmağa mənəvi haqqı yoxdur” -  Baş Prokuror
  29 Oktyabr 2020    Oxunub:2235
Azərbaycan xalqına qarşı növbəti cinayət birbaşa Ermənistanın siyasi hərbi rəhbərliyi tərəfindən törədilib.
Azvision.az xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Bərdədə jurnalitlərə açıqlamasında deyib.

Baş Prokuror bildirib ki, düşmənin bu addımı Azərbaycanın döyüşdəki uğurları ilə bağlıdır: “Azərbaycan Ordusu cəbhədə irəlilədikcə, Ermənistanın siyasi rəhbərliyi tərəfindən belə terror aktları törədilir. Hazırda cinayət işi başlanıb, istintat əməliyyat qrupu işləyir. Tam məsuliyyətimlə deyirəm ki, dünyada və tarixdə belə cinayətləri törədənlər heç vaxt məsuliyyətdən qaça bilməyiblər”.

K.Əliyev, həmçinin vuğulayıb ki, cinayətin hüquqi tərəfi ilə yanaşı, mənəvi tərəfi də var: “Ermənistan rəhbərliyinin bundan sonra hakimiyyətdə olmağa mənəvi haqqı yoxdur. Qadın, yaşlı insan, uşaq daxil olmaqla 21 nəfər qətlə yetirilib, yaralılar arasında azyaşlı uşaqlar var. Bundan sonra Paşinyanın hakimiyyətdə qallmasına heç bir mənəvi haqqı yoxdur".

Qeyd edək ki, Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri oktyabrın 29-da Bərdəyə gəliblər. Diplomatları və hərbi attaşeləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, Baş prokuror Kamran Əliyev və başqaları müşayiət edirlər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: KamranƏliyev  





Xəbər lenti