Hikmət Hacıyev Bərdədə həlak olan BQXK-nin könüllüsündən yazdı

Hikmət Hacıyev Bərdədə həlak olan BQXK-nin könüllüsündən yazdı
  29 Oktyabr 2020    Oxunub:1669
“Humanitarlar hədəf deyil. Ata və yerli komanda üzvü, Beynəlxalq Qırmızı Xaç Komitəsinin könüllüsü Ermənistanın kasset raketləri ilə atəşə tutması nəticəsində Azərbaycanın Bərdə şəhərində humanitar dəstək verərkən öldürülüb”.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Tvitter” hesabında yazıb.

Qeyd edək ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) açıqlamasında Dağlıq Qarabağ münaqişəsindəki son zorakılıq şiddətlə qınanılıb.

“Təəssüf ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətindən bir könüllü, iki uşaq atası atəş nəticəsində həlak oldu. Digər iki könüllü yaralanıb. Qırmızı Xaç Komitəsi könüllülərin ailəsinə, Qızıl Aypara Cəmiyyətinə başsağlığı verir".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: HikmətHacıyev  





Xəbər lenti