Bərdədə yaralanan şəxslərin vəziyyəti necədir?

  Bərdədə yaralanan şəxslərin vəziyyəti necədir?
  29 Oktyabr 2020    Oxunub:2068
Bu gün günorta saatlarında Ermənistan ordusunun Bərdə rayonuna raket hücumu nəticəsində xeyli sayda mülki vətəndaşımız xəsarət alıb. Bizim xəstəxanaya 26 yaralı daxil olub. Onlardan 19 nəfəri kişi, 7-si qadındır.
Azvision.az xəbər verir ki, bunu Yevlax Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov deyib. Onun sözlərinə görə, xəstələrin bir çoxunun vəziyyəti ağırdır. Həmin şəxslər hazırda reanimasiyadadır.

Qeyd edək ki, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 21 nəfər həlak olub, 70-ə yaxın şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Azvision.az


Teqlər: Bərdə  





Xəbər lenti