“Heç bir təxribat zəfər yolumuza mane ola bilməz” - MN rəsmisi

  28 Oktyabr 2020    Oxunub : 1586
 “Heç bir təxribat zəfər yolumuza mane ola bilməz” -  MN rəsmisi
Bu gün Ermənistan silahlı qüvvələrinin Bərdədə dinc əhaliyə qarşı “Smerç” raket zərbələri nəticəsində mülki əhalimiz arasında xeyli sayda ölənlər və yaralananlar var. Azərbaycan Ordusu ilə üzləşməyi bacarmayan qorxaq düşmən bu dəfə də xaincəsinə mülki əhalimizi və yaşayış məntəqələrimizi atəşə tutb.
Azvision.az -ın məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib.

O bildirib ki, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara bundan sonra da layiqli cavab veriləcək.

A.Eyvazovun sözlərinə görə, Ermənistanda hərbi müqaviləlilər və polis əməkdaşları Azərbaycan Ordusu ilə döyüşə girməkdən imtina edir.

"Düşmən bölmələrində ərzaq, silah-sursat və nəqliyyat vasitələrinin çatışmazlışı var. Düşmən bilməlidir ki, Azərbaycanda dövlət, xalq və ordu birliyi sarsılmazdır və heç bir təxribat qələbə əzmimizə və zəfər yolumuza mane ola bilməz", - deyə MN rəsmisi qeyd edib.

Azvision.az

Teqlər: Anar-Eyvazov   Müdafiə-Nazirliyi