Ceyhun Bayramov həmsədrlərlə danışıqlar apardı
O, oktyabrın 27-28-də Bərdə şəhərində dinc Azərbaycan əhalisinin məqsədyönlü şəkildə hədəf alındığını vurğulayıb. Nazir Ermənistan silahlı qüvvələrinin münaqişə bölgəsindən uzaqda yerləşən şəhərlərdəki günahsız mülki şəxslərə, o cümlədən uşaqlara və qadınlara xaincəsinə hücum etdiyini bildirib. Nazir, həmçinin həmsədrlərə Ermənistan tərəfindən növbəti dəfə törədilən müharibə cinayəti nəticəsində mülki əhali arasında ağır tələfat barədə məlumat verib.
Ceyhun Bayramov həmsədrləri Azərbaycan mülki vətəndaşlarına qarşı bu qeyri-insani hərəkətləri pisləməyə çağırıb.
ATƏT-in Minsk qrupunun həmsədrləri mülki şəxslərin həyatını itirməsi ilə bağlı narahatlıqlarını bildiriblər. Onlar bölgədəki gərginliyin azaldılması və münaqişənin sülh yolu ilə həllinin vacibliyini vurğulayıblar.
Azvision.az