İsrail mətbuatı Bərdə terrorundan yazdı

İsrail mətbuatı Bərdə terrorundan yazdı
  28 Oktyabr 2020    Oxunub:1735
İsrailin “Newsru.co.il” nəşri bu gün Ermənistanın Bərdəyə növbəti raket hücumundan yazıb.
Azvision.az xəbər verir ki, məqalədə raket hücumu zamanı 21 şəxsin öldürüldüyü, 60-dan çox mülki sakininin yaralandığı qeyd olunub.

Məlumat Azərbaycan Baş Prokurorluğuna istinadən yayılıb. Bildirilib ki, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyi (ANAMA) Bərdənin “Smerch” raket sistemindən atəşə tutulduğunu təsdiqləyib.

Azvision.az


Teqlər: Bərdə   Terror  





Xəbər lenti