Lənkəran, Cəlilabad və Masallıya giriş-çıxış dayandırılır

    Lənkəran, Cəlilabad və Masallıya giriş-çıxış dayandırılır
  28 Oktyabr 2020    Oxunub:2372
Ölkə ərazisində mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, son günlər Lənkəran şəhərində, Cəlilabad və Masallı rayonlarında yüksək yoluxma faktları aşkar olunub.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

"Bu səbəbdən 29 oktyabr saat 00:00-dan etibarən Lənkəran şəhəri, Cəlilabad və Masallı rayonlarına operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, eləcə də yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla giriş-çıxış dayandırılır".

Azvision.az


Teqlər: Karantin  





Xəbər lenti