“Ermənistanın timsah göz yazşlarına inanmayın” - İtaliya mətbuatı
Eləcə də, məlumatlarda Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin İtaliya mətbuatına açıqlamlarına da geniş yer verilib. Diplomat bildirib ki, hər üç atəşkəs rejiminin elan olunmasından sonra Ermənistan cəbhə xəttindən uzaqda yerləşən Azərbaycan şəhərlərini raket atəşinə məruz qoyub, ilk iki dəfə Gəncədə, indi isə Bərdədə mülki şəxsləri və uşaqları qətlə yetirib, müharibə cinayətləri törədib.
"Atəşkəsə çağırış edən ölkələr nəhayət anlamalıdılar ki, Ermənistan sülh yox, müharibə istəyir. Anlamalıdılar ki, Ermənistanın məqsədi Azərbaycan torpaqlarını işğal altında saxlamqadır və bunun üçün Ermənistan nəinki bütün bölgəni, hətta dünyanı belə böyük xaosa sürükləməyə belə hazırdır", deyə diplomat qeyd edib.
M.Əhmədzadə vurğulayıb ki, vəziyyədən yalnız bir çıxış yolu var. Bütün dünya ictimaiyyəti Ermənistanı sülhə məcbur etməli və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən təcili, qeyd-şərtsiz və tam çıxarılmasını tələb etməlidir.
Diplomat açıqlamasını bu fikirlərlə tamamlayıb: "Təcavüzkar Ermənistanın aldadıcı yalvarışlarına, timsah göz yaşlarına inanmayın! Dünyanın Ermənistanın əsl simasını tanıması üçün daha nə qədər günahsız azərbaycanlı körpənin qanı axmalıdır? Bütün bunlardan sonra Azərbaycanın tələb etdiyi zəmanətlər olmadan atəşkəs tələb etmək Ermənistana Azərbaycan mülki əhalisini bombalamağa şərait yaratmaq deməkdir."
Məlumatlarla aşağıdakı keçidlər vasitəsilə tanış olmaq mümkündür:
https://www.notiziegeopolitiche.net/nagorno-karabakh-ignorato-il-cessate-il-fuoco-missili-sulla-citta-azera-di-barda/
https://www.politicamentecorretto.com/2020/10/27/27-ottobre-2020_larmenia-continua-ad-uccidere-bambini-azerbaigiani/
https://azvision.az/redirect.php?url=http://www.askanews.it/esteri/2020/10/27/azerbaigian-accusa-armenia-4-civili-uccisi-in-attacco-missilistico-pn_20201027_00867/
https://it.notizie.yahoo.com/azerbaigian-accusa-armenia-4-civili-uccisi-attacco-missilistico-154753664.html
https://www.agenzianova.com/a/5f98a24c6cc151.56883115/3161197/2020-10-27/nagorno-karabakh-ministero-esteri-baku-vittime-e-feriti-dopo-attacchi-armeni-nel-distretto-di-barda
https://www.agenzianova.com/a/5f98a26b1ec998.60993220/3161198/2020-10-27/nagorno-karabakh-ministero-esteri-baku-vittime-e-feriti-dopo-attacchi-armeni-nel-distretto-di-barda-2
https://www.giornalediplomatico.it/ambasciata-arzebaigian-armenia-continua-ad-uccidere-bambini-azeri.htm
https://it.insideover.com/guerra/proseguono-gli-scontri-nel-nagorno-baku-bombe-a-grappolo-contro-di-noi.html
Azvision.az
Teqlər: İtaliya Ermənistan