Pakistan səfiri Bərdəyə hücumu qınadı

 Pakistan səfiri Bərdəyə hücumu qınadı
  28 Oktyabr 2020    Oxunub:2501
Azərbaycanın Bərdə şəhərindən çoxsaylı mülki insanların itkisi ilə bağlı acı xəbərlər aldıq.
Azvision.az xəbər veririk ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Haye “Tvitter” hesabında yazıb.

Səfir qeyd edib ki, qadağan olunmuş silahların istifadəsi qəbuledilməzdir və birmənalı şəkildə qınanılmaldır.

"Güclü ol, Azərbaycan", - deyə diplomat yazıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: BilalHaye  





Xəbər lenti