“Həlak olanların hamısı günahsız şəxslərdir” - Prezidentin köməkçisi

“Həlak olanların hamısı günahsız şəxslərdir” -  Prezidentin köməkçisi
  28 Oktyabr 2020    Oxunub:2565
Ermənistanın Azərbaycanın Bərdə şəhərinə qarşı soyqırım aktı: Ölənlərin sayı 20-yə çatdı.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

“Onların hamısı günahsız mülki şəxslərdir. “Smerç” kasset raketləri istifadə olunub. Ermənistanın bu cür cinayətlərinin yerində qiymətləndirilməsi üçün "Human Rights Watch", "Amnesty International"ı dəvət edirik", - deyə H.Hacıyev qeyd edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: HikmətHacıyev   Bərdə  





Xəbər lenti