“Belə hücumlar bizi daha da güclü edir” - Hikmət Hacıyev

 “Belə hücumlar bizi daha da güclü edir” -  Hikmət Hacıyev
  28 Oktyabr 2020    Oxunub:2006
Bu gün Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket hücumu nəticəsində Azərbaycanın daha 14 nəfər dinc sakini həlak olub, 40-dan çox yaralı var.

Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, Azərbaycan dünya ictimaiyyətini bu cinayəti pisləməyə çağırır.
“Onlar dinc əhaliyə qarşı ballistik raketlərdən istifadə edir. Bu, rasizm, irqçilikdir. Təəssüf edirik ki, qətlə yetilənlər arasında qadınlar, heç bir günahı olmayan uşaqlar da var. Bu, Xocalı qətliamının davamıdır. Ermənistanın siyasi və hərbi rəhbərliyi qətliamı davam etdirir, daha təhlükəli silahlardan istifadə edirlər. Biz bunu konkret görürük, kaset bombalardan, kütləvi qırğın silahlarından istifadə edirlər. Bu, etnik təmizləmədir. Lakin belə hücumlar bizi daha da güclü edir. Düşünməsinlər ki, biz zəifləyirk, əsla. Onlar kənardan əlavə hərbi sursatlar gətirib, möhkəmlənməyə çalışırlar. Humanitar atəşkəsi pozurlar, döyüş meydanında uğradıqları məğlubiyyətin əvəzini dinc əhaliyə hücumla çıxmağa çalışırlar".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: HikmətHacıyev  





Xəbər lenti