“Zəfər azərbaycanlı qardaşlarımızındır” - Ərdoğan

“Zəfər azərbaycanlı qardaşlarımızındır” -  Ərdoğan
  28 Oktyabr 2020    Oxunub:2515
“30 ildən çoxdur ki, azərbaycanlılar yaşadıqları Dağlıq Qarabağ və ətraf rayonlardan qovulublar.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qrup iclasında çıxışı zamanı deyib.

Ərdoğan bəyan edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri - ABŞ, Rusiya və Fransa münaqişəni həll etmədilər.

"Danışdılar, sonra da çıxıb getdilər. Təbii ki, Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyini qorumaq məcburiyyətindədir. Ermənistan hücum etdi, Azərbaycan da özünü müdafiə etdi. Əminik ki, azərbaycanlı qardaşlarımız torpaqlarını geri alacaqlar. İnanıram ki, zəfər azərbaycanlılarındır. Allah yardımçıları olsun. Bu mücadilədə hər an yanlarında olduq və olmağa da davam edəcəyik".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ərdoğan   Qarabağ  





Xəbər lenti