“Atam Qubadlıda şəhid olmaq istəyirdi” - Şükür Həmidovun oğlu (VİDEO)

“Atam Qubadlıda şəhid olmaq istəyirdi” -  Şükür Həmidovun oğlu (VİDEO)
  28 Oktyabr 2020    Oxunub:3706
Azərbaycan Dövlət Televiziyası (AzTV) Aprel döyüşlərinin qəhrəmanlarından biri, bu il oktyabrın 22-də şəhid olan Milli Qəhrəman Şükür Həmidov haqqında reportaj hazırlayıb.
Azvision.az xəbər verir ki, reportajda Milli Qəhrəmanın atası Nəriman Həmidov, qardaşı Həmid Həmidov və oğlu Nurlan Həmidovun fikirləri yer alıb.

Ş.Həmidovun oğlu Nurlan Həmidov bildirib ki, atası xalqı üçün çalışırdı: “İstəyi o idi ki, Qubadlıda şəhid olsun. Öz istəyinə nail oldu. Arzu edirik ki, bütün torpaqlarımız alınsın və şəhidlərin qanı yerdə qalmasın”.



Qeyd edək ki, Şükür Həmidov Qubadlı rayonunun azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub. Prezident İlham Əliyev Ş.Həmidovun doğulduğu və azadlığı uğrunda şəhid olduğu Qubadlı rayonunda onun adının əbədiləşdiriləcəyini bildirib.

Azvision.az


Teqlər: Şəhid   Milli-Qəhrəman   Şükür-Həmidov  





Xəbər lenti