Rusiyada COVID-19 qurbanlarının sayı artdı

Rusiyada COVID-19 qurbanlarının sayı artdı
  28 Oktyabr 2020    Oxunub:1055
Rusiyada son sutka ərzində koronavirusa 16 202 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 1 563 976 nəfərə çatıb.

Rusiyada son sutkada 346 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 26 935 nəfərdir. İndiyədək 1 171 301 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti