“Gələn pis xəbərlərdən ümidimizi kəsməməliyik” - Paşinyanın müavini

“Gələn pis xəbərlərdən ümidimizi kəsməməliyik” -  Paşinyanın müavini
  28 Oktyabr 2020    Oxunub:1935
Ermənistan baş nazirinin müavini Tiqran Avinyan ermənilərə müraciət edərək onları səbrli olmağa çağırıb.
Azvision.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Avinyan özünün “Facebook səhifəsində Ermənistanın çətin dövr yaşadığını qeyd edib. Əvvəllər “qələbə bizimlədir”, “İrəliləyirik” kimi cəfəng paylaşımlar edən erməni məmur indi nədənsə, insanları ümidsizliyə qapanmamağa çağırıb, hər şeyin əvvəlki dövrə qayıdacağı barədə vədlər verib:

“Bütün gücümüzlə mübarizə aparmaqdan başqa çarəmiz yoxdur. Bu gün müharibə yalnız döyüş meydanında deyil, arxa cəbhədə də gedir. Gələn pis xəbərlərdən ümidi kəsməməliyik. Daha sonra kədər və sevinc üçün vaxtımız olacaq. İndiki vaxtda əsəblərimizi sərt bir daşa çevirməliyik. Tarixdə daha ağır vaxtlarımız olub”.

Qeyd edək ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından sonra Ermənistanda baş nazir Nikol Paşinyana qarşı istefa çağırışları kütləvi şəkildə artır. Görünən odur ki, hərbi-siyasi böhranla üz-üzə qalan Nikolun komandası indi belə həyəcanlı çağırışlar etməklə narazı sakinləri sakitləşdirməyə çalışır.

Tural Tağıyev
Azvision.az


Teqlər: Tiqran-Avinyan   Paşinyan  





Xəbər lenti