“Sərhədsiz reportyorlar” ermənilərin “Euronews”a hücumunu pislədi

“Sərhədsiz reportyorlar” ermənilərin “Euronews”a hücumunu pislədi
  28 Oktyabr 2020    Oxunub:1723
“Sərhədsiz reportyorlar” təşkilatı Ermənistan silahlı qüvvələrinin “Euronews” kanalının heyətinə atəş açmasını pisləyib.
Azvision.az xəbər verir ki, təşkilatın “Twitter” səhifəsində bununla bağlı paylaşım edilib.

“Dağlıq Qarabağda Talış kəndi istiqamətində çəkiliş aparan “Euronews” kanalının heyəti az qalsın həlak olurdu. Tank əleyhinə idarə olunan raket içərisində jurnalist və operatorun olduğu “cip” markalı avtomobilin üzərindən uçub. “Sərhədsiz Reportyorlar” təşkilatı Ermənistan tərəfini Azərbaycana yönəlmiş bu hücumla bağlı araşdırma aparmağa çağırır”, - deyə açıqlamada vurğulanıb.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: “Euronews”  





Xəbər lenti