Bu gün Türkiyədə Polad Həşimov parkı açılacaq

Bu gün Türkiyədə Polad Həşimov parkı açılacaq
  28 Oktyabr 2020    Oxunub:2258
Bu gün Türkiyənin Bursa vilayətində Polad Həşimov parkının açılışı olacaq.
Azvision.az -ın məlumatına görə, şəhid generalın xatirəsi Türkiyədə əbədiləşdirilib.

Osmanqazi bələdiyyəsindən bildirilib ki, rayonun Dəmirtaş bölgəsində Polad Həşimovun adı verilən yeni park salınıb. Bu gün parkın açılışı geniş ictimaiyyətin iştirakı ilə həyata keçiriləcək.

Xatırladaq ki, general-mayor Polad Həşimov Ermənistan silahlı qüvvələrinin bu ilin iyul ayında Tovuz rayonu istiqamətində törətdiyi təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olub.

Azvision.az


Teqlər: Şəhid   General   Polad-Həşimov  





Xəbər lenti