İran parlamentinin sədri koronavirusa yoluxdu

  28 Oktyabr 2020    Oxunub : 990
İran parlamentinin sədri koronavirusa yoluxdu
İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf yeni növ koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

"Aparatın əməkdaşlarından biri koronavirusa yoluxub. Gecə yarısı mənim də testimin nəticəsi məlum oldu. Testin nəticəsi müsbətdir",- spiker deyib.

B.Qalibaf hazırda karantində olduğunu, lakin vəzifəsini yerinə yetirməyə davam edəcəyinə ümidvar olduğunu vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İran   Koronavirus