MN: Ordumuz mülki əhalini atəşə tutmur

  MN:  Ordumuz mülki əhalini atəşə tutmur
  28 Oktyabr 2020    Oxunub:2411
Xocavənd və Laçın ərazilərinin guya Azərbaycan Ordusu tərəfindən atəşə tutması barədə Ermənistan mətbuatının yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Azvision.az-a bildirilib ki, əksinə, oktyabrın 27-də saat 16.00 radələrində Ermənistan silahlı qüvvələri Azərbaycanın Bərdə rayonu ərazisini “Smerç” yaylım atəşli reaktiv sistemləri ilə atəşə tutub. Ermənistanın siyasi-hərbi rəhbərliyinin bu müharibə cinayəti nəticəsində mülki şəxslər, o cümlədən azyaşlı uşaq həyatını itirib və aralarında uşaqlar və qadınlar olmaqla xeyli sayda mülki şəxs xəsarət alıb.

Azərbaycan Ordusu bütün cəbhə boyu humanitar atəşkəs rejiminə əməl edir.

Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti