Bərdədə azyaşlı qız həlak olub, 4 uşaq yaralanıb

  27 Oktyabr 2020    Oxunub : 3138
 Bərdədə azyaşlı qız həlak olub, 4 uşaq yaralanıb
Bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə, Goranboy, Tərtər şəhərləri və kəndləri “Smerç” raketlərindən atəşə tutulub.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Ermənistan ordusunun hücumu nəticəsində Bərdədə 4 nəfər həlak olub, 14 mülki vətəndaş isə ağır yaralanıb.

“Həyatını itirənlərin arasında azyaşlı qız da var. Həmçinin yaralananlar arasında 9-15 yaşlarında 4 uşaq var”, - deyə H.Hacıyev qeyd edib.

Azvision.az

Teqlər: Hikmət-Hacıyev   Bərdə