Əraqçinin Bakı səfərinin proqramı açıqlandı

Əraqçinin Bakı səfərinin proqramı açıqlandı
  27 Oktyabr 2020    Oxunub:2434
İran prezidentinin xüsusi nümayəndəsi, Xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçi oktyabrın 28-də Azərbaycanda səfərdə olacaq.
Azvision.az xəbər verir ki, bu barədə İranın Bakıdakı səfirliyinin ““Twitter” səhifəsində məlumat yerləşdirilib.

Bildirilib ki, Əraqçi Azərbaycan rəsmiləri ilə görüşlərdə ikitərəfli əlaqələri, bölgədə davam edən toqquşmaları və İranın münaqişənin həlli ilə bağlı təşəbbüsünü müzakirə edəcək.

Xatırladaq ki, İran XİN-in sözçüsü Səid Xətibzadə onun İrəvan, Rusiya və Türkiyəyə də səfərinin nəzərdə tutulduğunu açıqlayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran  





Xəbər lenti