İran XİN rəhbərinin müavini Bakı və İrəvana səfər edəcək

İran XİN rəhbərinin müavini Bakı və İrəvana səfər edəcək
  27 Oktyabr 2020    Oxunub:3129
İran Xarici İşlər nazirinin müavini Abbas Ərəkçi Rusiya, Azərbaycan, Ermənistan və Türkiyəyə səfər edəcək.
Azvision.az xəbər verir ki, bu barədə İran XİN-in mətbuat katibi Səid Xətibzadə deyib. Onun sözlərinə görə, səfər zamanı Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılacaq.

"Ərakçinin səfər proqramı sərhəd bölgələrini ziyarətlə yanaşı, Bakı, Moskva, İrəvan və Ankaranı da əhatə edir", - deyə məlumatda qeyd olunub.

Səfərin dəqiq vaxtı hələlik məlum deyil.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SəidXətibzadə  





Xəbər lenti