“Ermənilər dindən terror məqsədilə istifadə edir”- Hacı Şahin

 “Ermənilər dindən terror məqsədilə istifadə edir”-  Hacı Şahin
  27 Oktyabr 2020    Oxunub:2420
Din insanları sülhə dəvət edir, din savaşa qarşıdır. Dinlər insanları birləşdirmək, sülh, əmin-amanalıq təmin etmək etmək üçün göndərilib. Ona görə bütün dinlər günahsız insanları qətlə yetirməyi bəşəriyyəti öldürməyə bərabər hesab edir. Din insanları öldürməyə çağıra bilməz.
Bunu Azvision.az -a açıqlamasında “Məşədi Dadaş”məscidinin imamı, tanınmış ilahiyyatçı alim Hacı Şahin Həsənli deyib. O bildirib ki, dinlər yalnız bir halda müharibəyə bərait verir.

“O zamanki xalq, millət təcavüzə məruz qalır. Təəssüflər olsun ki, Ermənistanda din xadimləri tərəfindən təcavüzkara dəstək çağırışları edilir. Çünki o torpaqların Azərbaycana məxsus olması həm beynəlxalq hüquq normaları, həm tarixi həqiqətlər baxımdan təsdiqini tapıb”.

Hacı Şahin qeyd edib ki, insan dinindən asılı olmayaraq haqqın, ədalətin yanında olmalıdır: “Əsrlər boyu Ermənistanın siyasi gedişləri məhz kilsəni, dini dəyərləri istismar edib. Hazırkı rejim də dini dəyərləri, xristianlığı istismar edir. Hazırkı dönəmdə din xadimlərinin müharibə çağırışları, insanları döyüşə səsləməsi, dindən terror üçün istifadə edilməsi yolverilməzdir. Bu, Ermənistanın növbəti dəfə xəbis mahiyyətini üzə çıxarmaq təzahürüdür”.

İlahiyyatçı alim əlavə edib ki, Ermənistan ordusu terrorçudur, dinc insanları qətlə yetirir: “Ermənilərin Gəncədə törətdikləri qətliam, günahsız insanların öldürülməsi, Xocalı faciəsi göz önündədir. Bunların mahiyyəti terrorçuluq, təcavüzkarlıqdır. Dindaların da bu əməllərə, cinayətlərə dəstək verməsi dinin mahiyyətinə tamamilə ziddir”.

Xatırladaq ki, xristianlıq pərdəsi altında gizlənən erməni din xadimləri işğalçı ordularına dəstək olur, bununla günahsız dinc sakinlərin qətlə yetirilməsinə dəstək nümayiş etdirir.

Aytən Zəhra
Azvision.az


Teqlər: Ermənistan   Din   Terror  





Xəbər lenti