“Üç gündür acıq, heç kimin vecinə deyilik” - Erməni hərbçilər (VİDEO)

  “Üç gündür acıq, heç kimin vecinə deyilik” -    Erməni hərbçilər (VİDEO)
  27 Oktyabr 2020    Oxunub:10519
Azərbaycana qarşı döyüşlərdə ağır məğlubiyyətlə üzləşən erməni hərbçilər hazırda acınacaqlı vəziyyətdədir. İşğalçı orduda hərc-mərclik və aclıq hökm sürür. Əsgərlərin qidalanmasında ciddi problemlər yaranıb.
Azvision.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda bir qrup erməni hərbçinin 3 gündür ac-susuz qaldığı, onlarla heç kimin maraqlanmadığı bildirilir.

"Baxın, ay millət, artıq 2-ci gündür. Armavir vilayətindən gələnlər, digərləri də o biri vilayətlərdən (çəkərək göstərir). Yağışın altında 3 gündür ac, nə yemək var, nə adam var, nə də əsgər var. Gətirib atıblar bura, gediblər. Heç kimin vecinə deyilik. 3 gündür vəziyyətimiz budur. Gəlin, silahları götürək düşək aşağı, hərbi hissəyə", - deyə erməni hərbçi ordusundakı vəziyyətdən şikayətlənib.



Qeyd edək ki, bu gün Ermənistanın baş naziri Nikol Paşinyan xalqa müraciəti zamanı erməni əsgər və zabitlərin Qarabağda Azərbaycana qarşı döyüşlərdən qaçdığını etiraf edib.

Azvision.az


Teqlər: Erməni   Hərbçi  





Xəbər lenti