İlham Əliyev Haaqadakı nüvə təhlükəsizliyi sammitində iştirak edəcək

İlham Əliyev Haaqadakı nüvə təhlükəsizliyi sammitində iştirak edəcək
  04 Fevral 2014    Oxunub:893
“Nüvə enerjisindən sülh məqsədilə istifadə hamı üçün vacib məsələdir və Azərbaycanın təcrübəsi bizim üçün maraqlıdır”
Azərbaycan bu il Haaqada keçiriləcək nüvə təhlükəsizliyi üzrə növbəti sammitə dəvət olunub.

AzVision.az-ın xəbərinə görə, bunu Niderland Krallığının xarici işlər naziri Frans Timmermans bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycan prezidenti sammitdə iştirak edəcək: “Nüvə enerjisindən sülh məqsədilə istifadə hamı üçün vacib məsələdir və Azərbaycanın təcrübəsi bizim üçün maraqlıdır”.

Qeyd edək ki, nüvə təhlükəsizliyi üzrə son sammit 2012-ci ildə Seulda keçirilib. Azərbaycan prezidenti İlham Əliyev həmin sammitdə iştirak edib.

S. Həsənova


Teqlər:





Xəbər lenti