Sabah da qar yağacaq

Sabah da qar yağacaq
  04 Fevral 2014    Oxunub:1061
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə saatlarında bəzi yerlərdə az qar yağacağı, səhər tədricən kəsiləcəyi ehtimal olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Yollar buz bağlayacaq.

Havanın temperaturunun gecə 4-7 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə fevralın 5-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında az qar yağacağı, bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Yollar buz bağlayacaq.

Havanın temperaturunun gecə 6-11 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə 16-21, yüksək dağlıq ərazilərdə 20-25, gündüz

5-10 dərəcə şaxta olacağı gözlənilir.


Teqlər:





Xəbər lenti