Şuşan Stpenayan bir foto ilə ölkəsini ifşa etdi
Belə ki, erməni nazirlə görüşdə iştirak edən iki hərbçi Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi formasındadır. Nədənsə, həmin iki nəfər digər xidmət yoldaşlarından fərqli geyimdə Tonoyanın yanında peyda olublar.
Şuşan Stpenayan bir müddət sonra həmin fotonu sosial şəbəkədəki səhifəsindən silib.
Xatırladaq ki, Ermənistan tərəfinin iddialarına görə, guya Azərbaycan Ordusunda DSX-nin hərbi geyim formasında Suriyadan gələn terrorçular döyüşür. Şuşan Stpenayan özü də bilmədən yaydığı foto ilə bu iddiaların tamamilə absurd olduğunu üzə çıxardı və ölkəsinin yalanlarını ifşa etdi.
İndi görünən odur ki, əsl terrorçular elə Tonoyanın yanında əyləşiblər.
Azvision.az
Teqlər: Ermənistan