“Hər kəs bunu bilsin, biz təkbaşına vuruşuruq” - Prezident
“Mən bunları deyirəm ki, ilk növbədə, Azərbaycan xalqı real vəziyyəti bilsin və bilsin ki, biz nəyin bahasına torpaqlarımızı işğalçılardan azad edirik. Bilsin ki, əgər Ermənistana bu 27-28 il ərzində maliyyə, hərbi, siyasi yardım göstərilməsəydi, çoxdan torpaqlarımız işğalçılardan azad olunardı, özü də sülh yolu ilə. İndi baxın, erməni əsgərləri döyüş meydanından necə qaçır. Bütün bu görüntülər var. İndi bu görüntülərin, sadəcə olaraq, bir hissəsi mətbuatda öz əksini tapır. Amma bu, çox geniş bir videoməlumatdır. Əgər bu silahlar olmasaydı, bu siyasi dəstək olmasaydı, Ermənistan bizim torpaqlarımızı işğal altında saxlaya bilərdimi?. Əlbəttə ki, yox. Mən demişəm, biz onları qovuruq və qovacağıq. Azərbaycanın qarşısında heç kim dura bilməz”, - deyə dövlətimizin başçısı bildirib.
Ali Baş Komandan deyib: “Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik, Ermənistan ərazisinə keçməmişik, belə fikrimiz yoxdur. Elə fikir olsaydı, bunu çoxdan edərdik. Bunu etmək üçün o qədər də böyük səy göstərmək də lazım deyil”.
Azvision.az
Teqlər: Prezident İlham-Əliyev