Türkiyədə bugünkü yoluxma və ölü sayı açıqlandı

Türkiyədə bugünkü yoluxma və ölü sayı açıqlandı
  26 Oktyabr 2020    Oxunub:1851
Türkiyədə son sutka ərzində 68 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 2017 yeni yoluxma faktı qeydə alınıb. Pandemiya qurbanlarının sayı 9799, virusa yoluxanlar isə 361 801 nəfərə çatıb.

Türkiyədə indiyədək 314 min 390 pasiyent (son sutkada 942 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti