İranda daha 296 nəfər COVID-19-dan öldü

İranda daha 296 nəfər COVID-19-dan öldü
  25 Oktyabr 2020    Oxunub:2211
İranda son sutka ərzində daha 296 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, ölkədə pandemiya qurbanlarının sayı 32 616 nəfərə çatıb. Virusa yoluxma sayı son sutkada 6191 nəfər artaraq 568 896-ya yüksəlib.

İranda indiyədək 455 054 pasiyent sağalıb.

Azvision.az


Teqlər: İran   virus  





Xəbər lenti