Əli Kərimlinin müavinindən gülməli AÇIQLAMA

Əli Kərimlinin müavinindən gülməli AÇIQLAMA
  04 Fevral 2014    Oxunub:870
“Aqil Səmədbəylinin Milli Şurada olduğunu bilmirdim”
AXCP Milli Şura üzvü Aqil Səmədbəylinin istefasına özünəxas şəkildə reaksiya verib.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı AzVision.az-a açıqlamasında Aqil Səmədbəylinin Milli Şura üzvü olduğundan xəbərsiz olduğunu deyib:

“Bildiyimə görə Aqil bəy Türkiyədə yaşayır və Milli Şuranın toplantılarında onu gördüyüm xatırlamıram. Aqil Səmədbəylinin Milli Şuradan istefa verməsi ilə bağlı məlumatım yoxdur. Belə bir addım atıbsa, burada heç bir problem yoxdur. Ümumiyyətlə, mən Aqil bəyin Milli Şura üzvü olduğundan məlumatsız idim. Bildiyimə görə Aqil bəy Türkiyədə yaşayır və Milli Şuranın toplantılarında onu gördüyüm xatırlamıram”.

Qeyd edək ki, Aqil Səmədbəyli mərhum Əbülfəz Elçibəyin kürəkəni, Müsavat funksioneri Arzu Səmədbəylinin qardaşıdır.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti