Hikmət Hacıyev Arturun anım mərasimindən video paylaşdı

  25 Oktyabr 2020    Oxunub : 3943
 Hikmət Hacıyev Arturun anım mərasimindən video paylaşdı
“Gəncə: Aleksandr Nevski kilsəsi, Ermənistanın Gəncəyə ballistik raket zərbəsi nəticəsində həlak olan Rusiya vətəndaşı Artur Mayakov üçün anım mərasimi. Əziz Artur, qəbrin nurla dolsun”.
Azvision.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Tvitter" hesabında yazıb.



Xatırladaq ki, oktyabrın 17-də Ermənistan tərəfindən Gəncə şəhərinə raket atılması nəticəsində Rusiya vətəndaşı, 2007-ci il təvəllüdlü Mayakov Artur Vasilieviç xəsarət almışdı. 13 yaşlı yeniyetmə ötən gün xəstəxanada vəfat edib.

Azvision.az

Teqlər: Hikmət-Hacıyev