“Əl-Qaidə” liderlərindən biri zərərsizləşdirilib

  25 Oktyabr 2020    Oxunub : 1542
“Əl-Qaidə” liderlərindən biri zərərsizləşdirilib
Əfqanıstanın təhlükəsizlik qüvvələri adı ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) ən çox axtarılan terrorçuları siyahısında olan "Əl-Qaidə" liderlərindən biri Əbu Muhsin əl-Masrini zərərsizləşdirib.
Azvision.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Əl-Masri terror təşkilatına ABŞ vətəndaşlarının qətli məqsədi ilə maddi dəstək göstərilməsində ittiham edilirdi. O, Əfqanıstanın şərqində Qazni əyalətində xüsusi əməliyyat zamanı zərərsizləşdirilib.

Azvision.az

Teqlər: Əfqanıstan