“ABŞ Qarabağdan narahatdır” - Morninqstar

 “ABŞ Qarabağdan narahatdır” -  Morninqstar
  04 Fevral 2014    Oxunub:941
Azərbaycan və Ermənistanın təmas xəttində gərginliyin artması Amerika Birləşmiş Ştatlarında narahatlıq doğurur.
Bunu Birləşmiş Ştatların Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Riçard Morninqstar TTV-yə müsahibəsində bəyan edib. Səfirin sözlərinə görə, baş verən hallar sülh prosesinə mənfi təsir göstərir və heç bir fayda gətirmir. Səfir hesab edir ki, yanlış addımlar sonradan arzuolunmaz nəticələrə səbəb ola bilər.

Riçard Morninqstar: Bu vacibdir ki, tərəflər bilsinlər ki hər hansı yanlış hesablama, istəmədən və bilmədən gərginliyin artması sonradan arzuolunmaz nəticələrə fəsadlara gətirib çıxara bilər. Bu vacibdir ki, tərəflər bilsinlər ki hər hansı yanlış hesablama, istəmədən və bilmədən gərginliyin artması sonradan arzuolunmaz nəticələrə fəsadlara gətirib çıxara bilər.

Səfir ümidvar olduğunu bildirdi ki, 2014-cü il münaqişənin nizamlanması baxımından mühüm il olacaq. Cünki, ötən 20 ildən artıq müddətdə münaqişənin həll olunmamış qalması böyük məyusluq yaradıb. Amma bu münaqişənin necə həll olunmasıni diplomat münaqişə tərəflərindən asılı olduğunu deyir. Səfir hesab edirik ki Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərinin keçirilməsi müsbət haldır, yaxın zamanlarda növbəti belə bir görüşün baş tutması gözlənilir. Bu görüşdə isə münaqişənin nizalanması istiqamətində konkret addımlar müzakirə edilə bilər.

Riçard Morninqstar: Ümidvarıq ki, prezidentlərin tezliklə növbəti görüşü olacaq və bu görüş vasitəsilə irəliləyiş əldə olunacaq.

Morninqstarın sözlərinə görə, münaqişənin həll edilməsi yekunda tərəflərdən asılıdır və həm Azərbaycan, həm də Ermənistanın üzərinə düşür. ATƏT-in Minsk Qrupu isə münaqişəni necə həll etməyi tərəflərə diqtə edə bilməz. Diplomat deyir ki, Minsk Qrupu vasitəçilik və kömək edə bilər, ideyalar irəli sürə bilər. Ancaq tərəfləri nəyəsə vadar edə bilməz.





Teqlər:  





Xəbər lenti