“Amerikanın səsi” üzr istədi

 “Amerikanın səsi” üzr istədi
  24 Oktyabr 2020    Oxunub:4629
Azərbaycan Ordusunun əks-hücum əməliyyatları başlayandan bu günə kimi ölkəmizə qarşı bir çox feyk xəbərlərin, sosial şəbəkələrdə dezinformasiyaların şahidi oluruq.
Azvision.az xəbər verir ki, belə saxta məlumatlardan biri "Amerikanın səsi" radiostansiyasının rəsmi "Facebook" səhifəsində paylaşılıb.

Belə ki, bir müddət əvvəl "Amerikanın səsi" Gəncədə Ermənistan ordusunun raket hücumu zamanı dağılmış ərazidən çəkilən fotonu yayaraq, görüntünün Qarabağdakı ermənilərin yaşayış məntəqəsində lentə alındığını iddia edib.

Oxucuların və sosial şəbəkə istifadəçilərinin ciddi etirazından sonra "Amerikanın səsi" etdiyi səhvə görə üzr istəyib.



Azvision.az


Teqlər: Amerikanınsəsi   fake  





Xəbər lenti