Prezident: “Türkiyə əsla münaqişəyə cəlb edilməyib”
Azərbaycan tərəfində heç bir əcnəbi döyüşçünün olmadığını bildirən dövlətimizin başçısı qeyd edib ki, bu da feyk xəbərdir və bəzi ölkələrin bəzi rəsmiləri tərəfindən yayılıb. “Lakin bu vaxtadək, toqquşmalar başlayandan sonra iyirmi gündən çox bir müddətdə bizə nə Fransadan, nə də Rusiyadan heç bir dəlil təqdim olunmamışdır. Çünki bu bəyanatı Fransa və Rusiya rəsmiləri vermişdir və biz onlardan sübut tələb etmişdik. Biz dəlilləri tələb etmişdik. Yalnız sözlər. Heç bir sübut yoxdur, heç bir dəlil yoxdur”, - deyə Prezident əlavə edib.
Azərbaycanın əcnəbi döyüşçülərə heç bir ehtiyac duymadığını vurğulayan Prezident İlham Əliyev deyib: “Çünki bizim 100 min nəfərdən ibarət nizami ordumuz var. Bizim müasir avadanlığımız var, bizim 30 ildir ki, işğaldan əziyyət çəkən motivasiyalı insanlarımız var. Biz hətta tam səfərbərlik belə elan etməmişik. Bizə döyüşdə əlavə insan lazım olsa, biz daha çoxlarını çağırarıq. Odur ki, bu, Azərbaycanı təcavüzkar kimi təqdim etmək üçün daha bir cəhddir və həmçinin onlara döyüş meydanında qalib gələn Azərbaycan Ordusunun potensialını azaltmaq üçün Ermənistanın cəhdidir”.
Azvision.az
Teqlər: Prezident İlham-Əliyev