“İranda olan qardaşlarımız üçün artıq heç bir narahatlıq olmayacaq” - Prezident

   “İranda olan qardaşlarımız üçün artıq heç bir narahatlıq olmayacaq” -    Prezident
  24 Oktyabr 2020    Oxunub:2408
Sərhədi erməni işğalçılarından tamamilə təmizlədik, İranda olan qardaşlarımız üçün artıq heç bir narahatlıq olmayacaq.
Azvision.az -ın məlumatına görə, bunu Prezident İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibəsində deyib.

Dövlət başçısı bildirib: "Mənim bildiyimə görə İranın rəhbərləri, həm də Ermənistan tərəfi ilə danışmışlar. Çünki toqquşmalar İranla sərhəd olan Araz çayının yaxınlığında gedirdi və təsadüfən silahların bəziləri sərhədi keçmişdir. Lakin bu gün biz Azərbaycan-İran sərhədini erməni işğalçılarından tamamilə təmizlədiyimizi elan etdik. Buna görə orada artıq heç bir toqquşmalar baş vermir və Araz çayının o biri tərəfində - İranda olan qardaşlarımız üçün artıq heç bir narahatlıq olmayacaq".

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti