Bu gün 25 dərəcə şaxta olacaq

Bu gün 25 dərəcə şaxta olacaq
  04 Fevral 2014    Oxunub:2244
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz hava şəraiti üstünlük təşkil etsədə, gün ərzində bəzi ərazilərdə qısamüddətli zəif qar yağacağı ehtimal olunur.

Gündüz mülayim cənub-qərb küləyi əsəcək. Gecə və səhər yollar buz bağlayacaq. Havanın temperaturunun gecə 6-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı, lakin Lənkəran-Astara zonasında qar yağacağı ehtimal olunur. Şərq küləyi əsəcək. Yollar buz bağlayacaq. Havanın temperaturunun gecə 6-11 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə 15-20, yüksək dağlıq ərazilərdə 20-25, gündüz 4-9 dərəcə şaxta olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Fevralın 06-dək Abşeron yarımadasında gözlənilən soyuq diskomfort şəraiti meteohəssas insanlar üçün əlverişsiz olsa da, havanın oksigenlə zəngin olması müsbət amildir.

AzVision.az


Teqlər:





Xəbər lenti