Erməni hərbçi Qarabağa muzdlular gətirdiklərini etiraf etdi - VİDEO

  23 Oktyabr 2020    Oxunub : 8494
Erməni hərbçi Qarabağa muzdlular gətirdiklərini etiraf etdi -   VİDEO
Erməni əsir, kiçik serjant Mikayelyan Albert Yervandi Ermənistanın işğal altındakı Dağlıq Qarabağa kürd əsilli muzdlular gətirildiyini etiraf edib.
Azvision.az -ın məlumatına görə, erməni hərbçi bildirib ki, 1500 nəfərədən ibarət olan muzdlular Azərbaycan Ordusuna qarşı döyüşmək üçün hazırlaşıblar. Onun sözlərinə görə, hər bir muzdlu ayda 600 dollar alır və 10-15 nəfərlik qrup halında hərbi təlimlər keçirlər.



2001-ci ildə Şirak vilayətinin Artik şəhərində anadan olan Mikayelyan Albert 2019-cu ilin dekabrn 19-da hərbi xidmətə çağrılıb, Gümrü şəhərində xidmət keçib. Orada 6 ay "Faqot"dan istifadə etməyi öyrəndikdən sonra kiçik serjant rütbəsi alıb. 6 ay sonra isə Martuni şəhərində yerləşən hərbi hissəyə göndərilib.

"Orada tank əleyhinə tağımda olmuşam. Həmin tağımda müntəzəm olaraq hərbi təlimlər keçirilirdi. Hərbi hissədə müddətli, müddətdən artıq hərbi qulluqçular və kürdəsilli muzdlulardan ibarət 1500 nəfər var idi. Orada muzdlular hər ay 600 ABŞ dolları pul alırdılar və onlar ancaq öz dillərində danışırdılar. 10-15 nəfərlik dəstələrdən ibarət olan muzdlular yerli şəraiti öyrənir və döyüşə hazırlaşırdılar".

İlkin Nəcəfzadə
Azvision.az

Teqlər: Ermənistan   Qarabağ