“Son damla qanıma qədər döyüşəcəyəm” - Yəhudi əsgərimiz (VİDEO)

  23 Oktyabr 2020    Oxunub : 3673
 “Son damla qanıma qədər döyüşəcəyəm” -    Yəhudi əsgərimiz (VİDEO)
“Mən yəhudi əsilli əsgər Daniel Zarmayilov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşməkdən qürurluyam. Azərbaycan bizim evimizdir, Vətənimizdir. Vətənimiz uğrunda son damla qanıma qədər döyüşəcəyəm”.
Azvision.az xəbər verir ki, bu sözləri Azərbaycan vətəndaşı, Ordumuzun yəhudi əsilli əsgəri Daniel Zarmayilov videomüraciətində deyib.

“Azərbaycan dövlətindən və xalqından çox razıyıq. Erməni təcavüzünü qətiyyətlə qınayırıq. Yaşasın Azərbaycan dövləti, yaşasın şanlı Azərbaycan Ordusu!”, - deyə əsgərimiz bildirib.



Azvision.az

Teqlər: Əsgər   Ordu   Döyüş   Vətən