Təhsil naziri Ermənistanın ölkəmizə təcavüzündən danışdı

Təhsil naziri Ermənistanın ölkəmizə təcavüzündən danışdı
  23 Oktyabr 2020    Oxunub:2202
Oktyabrın 22-də Təhsil naziri Emin Əmrullayev UNESCO tərəfindən virtual formatda təşkil olunmuş Qlobal Təhsil Görüşünün növbədənkənar sessiyasında iştirak edib.
Təhsil Nazirliyindən Azvision.az -a bildirilib ki, COVID-19 pandemiyasının təhsil sahəsinə təsiri mövzusuna həsr olunan tədbirdə UNESCO-nun baş direktoru Odre Azule, BMT-nin Baş katibi Antonio Quterreş, bir sıra ölkələrin dövlət və hökumət başçıları, Təhsil nazirləri iştirak edib.

Tədbir zamanı Emin Əmrullayev pandemiya dövründə ölkəmizdə təhsilin davamlılığının təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər barədə iştirakçılara məlumat verib. Eyni zamanda, Azərbaycanda yeni dərs ilindən tədris prosesinin hibrid - birbaşa və onlayn formada təşkil edildiyi və məktəblilərin sağlamlığının qorunması üçün lazımi addımların atıldığı vurğulanıb.

Təhsil naziri Azərbaycanın müxtəlif şəhər və rayonlarında dinc əhaliyə Ermənistanın raket zərbələri endirməsi nəticəsində 6 nəfər məktəblinin həlak olması, 17 nəfər məktəblinin xəsarət alması və ölkəmizin müxtəlif bölgələrində yerləşən 40-a qədər təhsil müəssisəsinə zərərin dəyməsi ilə bağlı məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Azvision.az


Teqlər: Təhsil   Nazir  





Xəbər lenti