Prezident fəxri adlar verdi

Prezident fəxri adlar verdi
  03 Fevral 2014    Oxunub:975
Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Dövlət Gömrük Komitəsi sədrinin müavini Şahin Soltan oğlu Bağırova gömrük xidməti general-leytenantı, Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Cavad Mustafa oğlu Qasımova isə gömrük xidməti general-mayoru ali xüsusi rütbələri verilib.

Dövlət başçısı Dövlət Gömrük Komitəsinin əməkdaşlarına fəxri adların verilməsi haqqında da sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə və mətbuat, səhiyyə sahələrində səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin:

"Əməkdar jurnalist"
Axundov Natiq Sabir oğlu

"Əməkdar həkim"
Qədiməliyev Fikrət Gülverdi oğlu


Teqlər:





Xəbər lenti