İƏT İndoneziya Gənclər Forumundan Azərbaycana dəstək

  22 Oktyabr 2020    Oxunub : 2533
İƏT İndoneziya Gənclər Forumundan Azərbaycana dəstək
İslam Əməkdaşlıq Təşkilatı İndoneziya Gənclər Forumu 27 sentyabr 2020-ci ildən etibarən Azərbaycan və Ermənistan arasında başlayan müharibə ilə əlaqədər çox narahatdır. İslam Əməkdaşlıq Təşkilatı İndoneziya Gənclər Forumu Azərbaycanın mülki əhalisinə qarşı erməni aqressiyasını qınayıb.
Bu barədə Azvision.az
-a konfransın məruzəçisi İndoneziya Xarici İşlər Naziriliyi və Təhsil Nazirliyinin dövlət təqaüdçüsü olmuş Elmar İskəndərov bildirib. İƏT İndoneziya Gənclər Forumu yaydığı bəyanatda Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini bəyan edib. Bəyanatda deyilir:

“İndoneziyanın ən böyük Gənclər təşkilatlarından biri olaraq aşağıdakıları bəyan edirik:
1. İslam Əməkdaşlıq Təşkilatının və Qqoşulmamaq Hərəkatının üzvü olaraq İndoneziya Azərbaycana daha aktiv dəstək olmalı və Ermənistanın Azərbaycanın ərazisi olan Dağlıq Qarabağa olan aqressiyasını kəskin qınamalıdır.
2. İslam Əməkdaşlıq Təşkilatı İndoneziya Gənclər Forumu öz hüquqlarını və ərazilərini müdafiə edən Azərbaycanı tam dəstəkləyir.
3. İslam Əməkdaşlıq Təşkilatı İndoneziya Gənclər Forumu İƏT-in digər üzvləri olan Türkiyə və Pakistan kimi İndoneziya Prezidenti Coko Vidodonun da Azərbaycana rəsmi, tam və açıq dəstək olmasını, ermənistanın aqressiyasını kəskin qınamağa çağırıb.
4. Beynəlxalq hüquqa əməl və hörmət etməyərək qonşu ölkəsi olan Azərbaycanın ərazisini qeyri-qanuni işğal etdiyini əsas götürərək, Ermənistanı işğalçı dövlət adlandırmaq.
5. İslam Əməkdaşlıq Təşkilatı İndoneziya Gənclər Forumu İndoneziya Ermənistanın 1993 BMT TŞ razılaşma və qətnamələrini pozduğu üçün İndoneziya hökümətini Ermənistanla münasibətlərə yenidən baxmasını tələb edir”.
Sonda, İslam Əməkdaşlıq Təşkilatı İndoneziya Gənclər Forumu qardaş Azərbaycanın şəhid ailələrinə, Azərbaycan hökümətinə və xalqına baş sağlığını ifadə edir, Azərbaycanın haqlı mövqeyini tam dəstəklədiyini bildirir.



Tural Tağıyev

Azvision.az

Teqlər: